Həbsxanadan icazə alıb çıxdı, qaynanasını, baldızını və 10 yaşlı uşağı öldürdü – FOTObackend

Həbsxanadan icazə alıb çıxdı, qaynanasını, baldızını və 10 yaşlı uşağı öldürdü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qayınanasını, baldızını və baldızı oğlunu güllələyib öldürdü

Elazığda ailə faciəsi baş verib. Pandemiya səbəbindən bir müddət əvvəl həbsxanadan icazəli çıxan Fırat A. qayınanasını və baldızını tapança ilə öldürüb, 10 yaşlı uşağı isə ağır yaralayıb.

İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Elazığ şəhərinin Sarayatik məhəlləsindəki 4 mərtəbəli binanın 3-cü mərtəbəsində baş verib. Məlumata görə, F.A. adlı şəxsi iftara yaxın saatlarda qayınanasının evinə gedib. Bir neçə dəqiqədən sora hələlik məlum olmayan səbəbdən tərəflər arsında mübahisə yaranıb.

Mübahisə zamanı F.A. üzərində olan tapanca ilə qayınanasını, baldızını və baldızının 10 yaşlı oğlunu güllələyib.

Ağır xəsarətlər alan hər iki qadın elə hadisə yerində keçinib. Silah səsini eşidən qonşular dərhal polisə xəbər veriblər. Hadisə yerinə gələn polis və təcili tibbi yardım həkimləri yaralı uşağı xəstəxanaya çatdırıblar. Lakin həkimlərin səylərinə baxmayaraq onun da həyatını xilas etmək mümkün olayıb.

Qanlı cinayəti törətməkdə şübhəli bilinən F.A-nın axtarışları dabvam edir.