Həbsxanaya görün necə narkotik keçirmək istədi… – Fotobackend

Həbsxanaya görün necə narkotik keçirmək istədi… – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

bu barədə Xidmət məlumat yayıb.

Cinayət Məcəlləsinin 234.4.3 və 99.1.3-cü maddələri ilə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Zəbişah Kamal oğlu Şahverdiyevə oğlu Abşeron rayon sakini Azər Zəbişah oğlu Şahverdiyev tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan plastmas qabdakı dovğanın içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 6,096 qram olan narkotik maddə – həşiş qətranı aşkar edilib.

Həbsxanaya görün necə narkotik keçirmək istədi... - Foto