Həkimlər XƏBƏRDARLIQ EDİR: İşgüzarlıq insan ömrünü 25 il QISALDIRbackend

Həkimlər XƏBƏRDARLIQ EDİR: İşgüzarlıq insan ömrünü 25 il QISALDIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həkimlər müəyyən ediblər ki, işgüzarlıq işçinin ömrünü 25 il qısaldır.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Tibbi araşdırmalar göstərir ki, həddindən artıq işləmək və işgüzarlıq (işasılılığı) əməkdaşın ömrünü birdən-birə 25 il qısalda bilər.

Həkimlərin bəyanatına əsasən, davamlı olaraq normadan çox işləmək orqanizmdə ciddi xroniki stresə yol açır.

Mütəxəssislər vurğulayırlar ki, bu cür daimi gərginlik fərdlərdə infarkt və insult riskini təxminən 30% artırır. Nəticədə, işasılılığından əziyyət çəkən insanların orta gözlənilən ömür uzunluğu 85 yaşdan 60 yaşa qədər düşür.

Həkimlər peşəkar tükənmənin və ürək-damar xəstəliklərinin qarşısını almaq üçün iş və dincəlmə balansına ciddi şəkildə riayət etməyi, həmçinin gündəlik aktiv fiziki istirahətə zaman ayırmağı tövsiyə edirlər.

Xuraman Etibarlı

İnterpress.аz