HƏMAS girovları AZAD EDƏCƏK – Əvəzində 1950 fələstinli  məhbus BURAXILACAQbackend

HƏMAS girovları AZAD EDƏCƏK – Əvəzində 1950 fələstinli məhbus BURAXILACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın Şərqdə davam edən münaqişə fonunda HƏMAS və İsrail arasında növbəti məhbus mübadiləsi barədə razılaşma əldə olunub.

İnterpress.az xəbər verir ki, məlumata görə, HƏMAS-ın azad edəcəyi israilli girovların əvəzində İsrail tərəfi ümumilikdə 1950 fələstinli məhbusu azad etməyə razılaşıb.

Razılaşmaya əsasən, İsrail həbsxanalarında ömürlük həbs cəzasına məhkum edilmiş 250 nəfər fələstinli məhbus, həmçinin müharibənin başlanmasından bəri müxtəlif səbəblərlə həbs edilən 1700 nəfər fələstinli, o cümlədən qadınlar və uşaqlar azad ediləcək.

Mənbələr bildirir ki, bu razılaşma Qəzza zolağında humanitar vəziyyətin bir qədər yüngülləşdirilməsi və atəşkəsin bərpası istiqamətində atılmış mühüm addım hesab olunur.

Danışıqlarda bir sıra regional vasitəçilərin, o cümlədən Misir və Qətərin fəal rol oynadığı qeyd edilir.

Analitiklərin fikrincə, girov-məhbus mübadiləsi tərəflər arasında gərginliyin azaldılması istiqamətində müsbət siqnal sayılsa da, münaqişənin tam həlli üçün daha geniş siyasi razılaşmalara ehtiyac var.

Xuraman Etibarlı

İnterpress.az