HƏMAS girovları azad edəndən sonra danışıqların ikinci mərhələsi BAŞLAYACAQbackend

HƏMAS girovları azad edəndən sonra danışıqların ikinci mərhələsi BAŞLAYACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzza münaqişəsinin gedişatında mühüm dönüş ola biləcək yeni diplomatik addım atılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Qətərin “Al-Arabi” kanalı məlumat yayıb.

Məlumata görə, vasitəçi ölkələr ABŞ və İsraillə birlikdə HƏMAS-la danışıqların ikinci mərhələsini girovların azad edilməsindən bir gün sonra başlatmaq barədə razılığa gəliblər.

Məlumatda bildirilir ki, tərəflər arasında əldə olunan ilkin razılaşmaya əsasən, HƏMAS tərəfindən azad ediləcək israilli girovların əvəzində İsrail həbsxanalarında saxlanılan ümumilikdə 1950 fələstinli məhbus — o cümlədən 250 ömürlük cəza almış şəxs, eləcə də 1700 qadın və uşaq azad olunacaq.

Diplomatik mənbələrə görə, ikinci mərhələdə əsas müzakirə mövzuları Qəzzada atəşkəsin davamlılığı, İsrail qoşunlarının mərhələli şəkildə bölgədən çıxarılması, həmçinin müharibədən zərər çəkmiş mülki əhalinin təhlükəsiz şəkildə köçürülməsi olacaq.

Ekspertlər hesab edirlər ki, bu razılaşma həyata keçərsə, bu, son aylarda ən ciddi diplomatik irəliləyişlərdən biri kimi Yaxın Şərqdə vəziyyətin sabitləşməsinə mühüm təsir göstərə bilər.

Xuraman Etibarlı

İnterpress.az