HƏMAS İsraili atəşkəsi pozmaqda ittiham edib.
İnterpress.az xəbər verir ki, bu barədə HƏMAS-ın nümayəndəsi Hazem Qasem bildirib.
O bildirib ki, İsrail ordusu əldə olunmuş razılaşmaya baxmayaraq, Qəzza sakinlərinə qarşı zərbələr endirib.
İsrail Müdafiə Ordusu isə açıqlamasında hərbçilərə doğru hərəkət edən bir neçə şübhəli şəxsə atəş açıldığını bildirib.
Al Arabiya-nın məlumatına görə, hadisə nəticəsində Qəzza sektorunun cənubundakı Xan Yunisdə bir, şərq hissəsində isə beş nəfər həlak olub.
Xuraman Etibarlı
İnterpress.az






