HƏMAS müharibənin bitdiyini və daimi atəşkəsin başladığını elan edib.
İnterpress.az xəbər verir ki, HƏMAS-ın yüksək rütbəli nümayəndəsi Xalil əl-Həyya təşkilatın rəsmi şəkildə müharibənin sona çatdığını və “daimi atəşkəs” mərhələsinə keçildiyini bəyan edib.
Onun sözlərinə görə, əldə olunmuş razılaşmaya əsasən, Rəfəh keçid məntəqəsi hər iki istiqamətdə açılacaq, həmçinin İsrail həbsxanalarında saxlanılan bütün fələstinli qadın və uşaqlar azad ediləcək.
Əl-Həyya bildirib ki, HƏMAS beynəlxalq vasitəçilər və ABŞ administrasiyasından döyüş əməliyyatlarının tam dayandırılmasına dair “aydın zəmanətlər” alıb.
Xuraman Etibarlı
İnterpress.az