Hər zaman Azərbaycanın yanındayıq! – Şamil Ayrımbackend

Hər zaman Azərbaycanın yanındayıq! – Şamil Ayrım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanova məktub göndərib.

İnterpress.az xəbər verir ki, Şamil Ayrım deputat həmkarlarına 31 Mart Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar başsağlığı verib.

“Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu faciələri özündə birləşdirən 31 mart Azərbaycanlılarının Soyqırımı Günü ilə əlaqədar bütün azərbaycanlı qardaşlarımıza başsağlığı verir və səbr diləyirik. Biz hər zaman Azərbaycanın yanındayıq!”, – başsağlığında qeyd edilib.