“Həssas ailələrə dəstək” layihəsinin yekun tədbiri keçirilib – FOTOLARbackend

“Həssas ailələrə dəstək” layihəsinin yekun tədbiri keçirilib – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

23 may 2022- ci il tarixdə Neftçala şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Həssas ailələrə dəstək” layihəsinin yekun tədbiri keçirilib.

İnterpress.az xəbər verir ki, tədbirdə Şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailə üzvləri, Neftçala rayon İcra Hakimiyyətindən baş-məsləhətçi Gövhər Məmmədova, YAP Neftçala rayon təşkilatının nümayəndələri Cavad Mirzəyev, Sona Haxıyeva, Təhsil Şöbəsi tərəfindən Ülviyyə Abdullayeva, ATİAHİ Neftçala Rayon Komitəsindən Asudə Cəfərova, Mədəniyyət şöbəsindən Gülər Mirzəyeva, Gündoğar qəzetindən redaktor Bədirə Niftalıyeva, Gənclər və İdman İdarəsindən Nazim Dadaşov, layihənin Psixoloqu Elmira Mirzəyeva, işçi qrupunun üzvü Firuzə Ağayeva iştirak etdilər.

“Qürur mənbəyimiz” adlanan tədbirdə çıxışlarla bərabər vətənpərvərlik ruhunda Neftçala rayon Humanitar Təmayüllü Muğan Liseyinin şagirdləri tərəfindən söylənən şeirlər, Süleyman Ruqiyev və Sahil Abdullayevin ifasında səslənən musiqilər ruh yüksəkliyinin aşılanmasına xidmət etdi.