Bədənindən ildırım keçən kişi möcüzəvi şəkildə SAĞ QALDI – VİDEObackend

Bədənindən ildırım keçən kişi möcüzəvi şəkildə SAĞ QALDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də ildırım küçədə kişinin bədənindən keçib, o, xəsarət almayıb.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Nyu-York ştatının Staten-Aylend şəhərindən olan Tomas Fəhmi stomatoloqa gedərkən bədənində qəfil sancma, keyimə, ağrı və yanma hiss etdiyini bildirib.

O, yerə yıxılıb və özünə gəldikdən sonra evə gedib.

Məlum olub ki, ildırım kişinin əlində tutduğu çətirə dəyib.

Daha sonra tibbi müayinədən keçən Fəhminin tam sağlam olduğu müəyyənləşib. O, hətta bədənində heç bir yanıq almayıb.

Xuraman Etibarlı

İnterpress.az