Almaniyanın Auqsburq şəhərində vağzalda aşkarlanan şübhəli əşya təhlükəli deyil.
İnterpress.az xəbər verir ki, bu barədə DPA şəhər polisinin məlumatına istinadən xəbər yayıb.
Bildirilib ki, Auqsburq vağzalında aşkarlanan şübhəli əşya təhlükə yaratmır.
Bundan əvvəl vağzalda partlayış baş verib, hadisə nəticəsində iki nəfər xəsarət alıb.
Polis insidentin mütəşəkkil cinayətkar qruplaşmanın fəaliyyəti ilə bağlı olması versiyasını araşdırır.
Xuraman Etibarlı
İnterpress.az






