HƏMAS yaraqlıları İsraillə əməkdaşlıq edən bir neçə Qəzza sakinini edam ediblər.
İnterpress.az xəbər verir ki,bu barədə “Times of Israel” və “Jerusalem Post” nəşrləri məlumat yayıb.
Atəşkəs rejiminin tətbiqindən sonra zəifləyən HƏMAS Qəzza zolağında nəzarəti bərpa etməyə çalışır.
Nəşrlərin məlumatına görə, təşkilat daxilində baş verən toqquşmalar nəticəsində azı 33 nəfər qətlə yetirilib. Bu şəxslər HƏMAS-ın hakimiyyətini şübhə altına alan qrupların üzvləri olublar.
Sosial şəbəkələrdə küçələrdə baş verən amansız edamların görüntüləri yayılıb.
Terrorçu qrup həmçinin bəyan edib ki, İsraillə mübarizəni davam etdirmək niyyətindədir:
“Fələstin xalqı yeni nasistlərin zindanlarında sonuncu məhbus azad olunmayınca və torpaqlarımızla müqəddəs yerlərimizdən işğalçı çəkilməyincə sakitləşməyəcək”.
Xuraman Etibarlı
İnterpress.az






