Həyat yoldaşını tavandan asaraq öldürməkdə şübhəli bilinən şəxs saxlanılıbbackend

Həyat yoldaşını tavandan asaraq öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvanda həyat yoldaşını tavandan asaraq öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

İnterpress.az xəbər verir ki, Sədərək rayon sakini, 2000-ci il təvəllüdlü, iki uşaq anası Aytac İbrahimlinin yaşadığı evdə özünü asaraq intihar etməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Polis və prokurorluq əməkdaşları dərhal hadisə yerinə gələrək, müvafiq araşdırmalar həyata keçiriblər. Tədbirlər nəticəsində 1992-ci il təvəllüdlü Azər İbrahimlinin ailə münaqişəsi zəminində həyat yoldaşına xəsarət yetirdikdən sonra, tavandan asaraq öldürməsi müəyyən olunub. A.İbrahimli şübhəli şəxs qismində saxlanılaraq, istintaqa təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq davam etdirilir.