Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə Tokio Olimpiadasından sonra cüdo üzrə ilk yarış keçiriləcək.
İnterpress.az xəbər verir ki, Zaqreb Qran Prisində Azərbaycanı cəmi iki idmançı təmsil edəcək.
Bunlardan biri Rüstəm Orucova görə 81 kq çəki dərəcəsində mübarizə aparmış Hidayət Heydərov və Tokio Olimpiadasının iştirakçısı Məmmədəli Mehdiyevdir. Hidayət yenidən öz sevimli 73 kq çəki dərəcəsində yarışacaq.
73 kq. Hidayət Heydərov – Yehonatan Elbaz (İsrail)
90 kq. Məmmədəli Mehdiyev – Sebastian Oldak (Polşa)/Vitali Şepel (Ukrayna)
Qeyd edək ki, sentyabrın 26-dək davam edəcək Zaqreb Qran Prisinə çox ölkə qatılmayacaq. Yarışda 35 ölkədən 243 idmançı (143 kişi, 100 qadın) iştirak edəcək.
Hidayət Heydərov sabah, Məmmədəli Mehdiyev birisigün mübarizəyə qoşulacaq.