Hindistanda məşhur brendlərin məhsullarının saxta etiketlərlə satıldığı anbar aşkarlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Mumbay ətrafında keçirilən yoxlama zamanı vaxtı keçmiş məhsulların son istifadə tarixlərinin kimyəvi maddələrlə silinərək yeniləri ilə əvəzləndiyi gizli anbar aşkarlanıb.
Anbarda “Lay’s”, “Kurkure”, “Maggi”, “Knorr”, “Hellmann’s” və “Coca-Cola” kimi markalara aid 5 minə yaxın qutu məhsul saxlanılıb.
Məhsulların bir hissəsinin son istifadə müddəti bitib, digərlərinin isə müddətinin başa çatmasına az qalıb.
Bəzi məhsullara tərkib, kalorilik və porsiya ölçüsü dəyişdirilmiş saxta etiketlərin də yapışdırıldığı bildirilib.

Xuraman Etibarlı
İnterpress.az






