“Hizbullah” təşkilatın xüsusi təyinatlılar komandirinin öldürülməsinə görə İsraildən “intiqam alır”.
İnterpress.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb. Hazırda “Hizbullah” İsrailin şimalına kütləvi hücumlar edir.
“Əl-Cəzirə”nin “Hizbullah” mənbəsinə istinadən verdiyi məlumata görə, 200-dən çox raket və 20 pilotsuz uçuş aparatı atılıb.
Bildirilir ki, bu, iyulun 3-də “Hizbullah”ın xüsusi təyinatlı qüvvələrinin komandiri “Əziz”in öldürülməsinə cavabdır.
İsrail ordusu da Livanın cənubuna cavab zərbələri endirib.
Xuraman Etibarlı
İnterpress.az