Hollandiya Türkiyəyə təcili yardım təyyarəsi göndəribbackend

Hollandiya Türkiyəyə təcili yardım təyyarəsi göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollandiya Müdafiə Nazirliyinə aid tibb müəssisələrinin olduğu “C-130 Hercules” nəqliyyat təyyarəsi zəlzələdən zərər çəkənlərə kömək etmək üçün 21 nəfərlik heyətlə Türkiyəyə gəlib.

Bu barədə İnterpress.az xarici KİV-ə istinadən xəbər verir.

Hollandiya Kral Hərbi Hava Qüvvələrinə məxsus “təcili yardım təyyarəsi” Səhiyyə Nazirliyi və AFAD ilə koordinasiyalı şəkildə əməliyyatlarını həyata keçirəcəyi Antalya Hava Limanına eniş edib.

Təyyarə ilə zəlzələ bölgələrindəki xəstə və ya yaralılar Hollandiyalı səhiyyə mütəxəssisləri tərəfindən tibbi evakuasiya əməliyyatı ilə digər bölgələrdəki səhiyyə müəssisələrinə köçürüləcək.