Hondurasın böyük şəhərlərində fövqəladə vəziyyət elan ediləcəkbackend

Hondurasın böyük şəhərlərində fövqəladə vəziyyət elan ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hondurasın paytaxtı Tequsiqalpanın və ölkənin ikinci ən böyük şəhəri olan San-Pedro-Sulanın onlarla ən problemli rayonlarında dekabrın 7-də cinayətkarlıqla mübarizə məqsədilə fövqəladə vəziyyət rejimi tətbiq ediləcək.

Bu barədə Honduras Prezidenti Administrasiyası məlumat yayıb.

Bildirilib ki, ölkə konstitusiyasında nəzərdə tutulan təminatların dayandırılacağı fövqəladə vəziyyət rejimi 2023-cü il yanvarın 7-nə qədər davam edəcək.

Xatırladaq ki, 2021-ci ildə Hondurasda hər 100 min sakinə təxminən 38 qətl hadisəsi qeydə alınıb. Bu, Latın Amerikasında ən yüksək göstəricilərdən biridir.