“İçərişəhər”dən lift qırılması iddialarına – Reaksiyabackend

“İçərişəhər”dən lift qırılması iddialarına – Reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, İçərişəhərdə yerləşən restoranlardan birində lift qırılıb.

İnterpress.az-ın məlumatına görə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mətbuat Xidmətindən bildirilib ki, bu gün İçərişəhər ərazisində yerləşən restoranların birində qırılan lift barəsindəki məlumatlar həqiqəti əks etdirmir:

“İçərişəhər ərazində belə bir hadisə baş verməyib”.

Qeyd edək ki, hadisə nəticəsində iki nəfər ağır xəsarət alıb. Hər iki şəxs təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib. 1988-ci il və 1978-ci il təvəllüdlü şəxslər hadisə nəticəsində çoxsaylı travmalar alıblar. Onların fəqərə, çanaq, baldır, bazu sümüklərində sınıq və çıxıqlar var. Hər iki şəxs reanimasiyaya yerləşdirilib.

Xəsarət alan şəxslər 1988-ci il təvəllüdlü Məmməd Abdulsalamov və 1978-ci il təvəllüdlü Nadir Qəhrəmanovdur.