İki gün öncə təmiri yekunlaşan yol yenidən qazıldı – FOTObackend

İki gün öncə təmiri yekunlaşan yol yenidən qazıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda yeni təmir olunan Ceyhun Səlimov küçəsinin bir hissəsində qazıntı işləri aparılıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmi “Facebook” hesabında paylaşım edilib.

Bildirilib ki, yenicə asfaltlanan küçədə (“Papanin körpüsü”nün yanı) yenidən təmir işləri gedir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentlindən verilən məlumata görə, bu ərazidə yolun altından keçən elektrik xəttində qəza baş verib: “Təəssüf ki, küçənin yan yolunda hərəkət hissənin qazılması məcburiyyəti yaranıb. Hazırda aidiyyəti qurum tərəfindən qəza aradan qaldırılır”.

Qeyd edək ki, Ceyhun Səlimov küçəsinin 3-cü mikrorayon dairəsindən Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinədək olan 565 metr uzunluğa malik hissəsində təmir işləri iki gün əvvəl başa çatdırılmışdı.