Moskva Zooparkının əməkdaşını ilan sancıb, o, iş yerində ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Moskva Zooparkının əməkdaşını ilan sancdıqdan sonra iş yerində ölüb.
İlan adamı onu yemləyərkən dişləyib.
Məlumata görə, ilan 35 yaşlı Sergeyi barmağından dişləyib.
Ona kömək etməyə çalışsalar da, o ölüb.
Aspid bir neçə həftə əvvəl Cənubi Afrikadan 30 digər zəhərli canlı ilə birlikdə Moskvaya gətirilib.
Xuraman Etibarlı
İnterpress.az