İlginc CİNAYƏT: Qətlə yetirilən keçmiş mer və həyat yoldaşının cəsədləri bir ay çəlləklərdə SAXLANILIBbackend

İlginc CİNAYƏT: Qətlə yetirilən keçmiş mer və həyat yoldaşının cəsədləri bir ay çəlləklərdə SAXLANILIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Samaranın keçmiş merinin və həyat yoldaşının cəsədləri bir ay turşu çəlləklərində saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə RTVI istintaqla tanış olan mənbəyə istinadən məlumat yayıb.

Rusiyada Samara şəhərinin keçmiş meri Viktor Tarxov və onun həyat yoldaşı  Nataliya qətlə yetirilib. Öldürülən cütlüyün cəsədləri cinayəti gizlətmək üçün bir ay ərzində çəlləklərdə saxlanılıb.

Nəşrin sözlərinə görə, qurbanlar əvvəllər iddia edildiyi kimi güllələnməyib, döyülərək öldürülüb.

Nəşrin mənbəsinin bildirdiyinə görə, əsas şübhəli Tarxovlar ailəsinin nəvəsi Yekaterina Belskayadır. O, əvvəlcə saxlanılıb, sonra isə həbs edilib.

RTVI mənbəsi onun ifadə verməkdən imtina etdiyini bildirib.

İstintaq əmindir ki, nənə və babasının telefonlarından mesajlar göndərən, həmçinin onların qiymətli əmlakını, xüsusən də ikon kolleksiyasını və avtomobillərini satan Belskaya olub. Əvvəllər məlum olmuşdu ki, Tarxov və həyat yoldaşı Finlandiyadan qayıdaraq Samaraya nisbətən yaxınlarda gəliblər.

Samara şəhərinin keçmiş meri 2022-ci ildə müalicə üçün Norveçə yollanaraq Rusiyanı tərk edib. O, vətənindəki əmlakının idarə olunmasını qızı Lyudmilaya həvalə edib. Lyudmila tezliklə regional Dumanın deputatından pul tələb etməkdə təqsirli bilinərək 7 il həbs cəzasına məhkum edilib.

Xuraman Etibarlı

İnterpress.az