İlon Mask Braziliyanın Marubo qəbiləsinə Starlink İnternetinə çıxış imkanı verib və peşman olub.
İnterpress.az xəbər verir ki, bu barədə The New York Post məlumat yayıb. İlon Mask Braziliyanın Marubo qəbiləsinə Starlink İnternetinə çıxış imkanı verib və peşman olub.
Onlar porno, oyunlar və sosial mediaya aludə olduqları üçün sonda işləməyi dayandırıblar.
Belə ki, 2023-cü ilin sentyabrında şəbəkəyə 2000 aborigen qoşulmuşdu və plana görə, onlar yeni biliklər əldə etməli, qohumları ilə ünsiyyət qurmalı və dövlətdən kömək istəməli idilər.
Ancaq nəsə səhv olub: Marubo praktiki olaraq ov etməyi və işləməyi dayandırıb. Onlar bütün vaxtlarını oyunlarda, sosial şəbəkələrdə və porno saytlarda keçirməyə başlayıb.
Nəticədə internetə giriş məhdudlaşdırılıb. Yalnız icma rəhbərlərinə səhər iki saat, axşam beş saat və bazar günü şəbəkəyə girişə icazə verilib.
Xuraman Etibarlı
İnterpress.az