İndoneziya prezidenti: “Biz dünyanı hissələrə bölməməliyik”backend

İndoneziya prezidenti: “Biz dünyanı hissələrə bölməməliyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz dünyanı hissələrə bölməməliyik. Dünyanın başqa bir soyuq müharibəyə getməsinə imkan verməməliyik”.

Bunu İndoneziya prezidenti Coko Vidodo G20-nin Balidə keçirilən sammitinin açılışında çıxışı zamanı deyib.

“Bizim hamımızın təkcə xalqlarımız qarşısında deyil, bütün dünya xalqları qarşısında da məsuliyyətimiz var. Bu vəziyyətdə məsuliyyətli olmaq o deməkdir ki, biz müharibəni dayandırmalıyıq.

Müharibə bitməsə, dünyanın irəliləməsi çətin olacaq. Müharibə dayandırılmasa, növbəti nəsillərin gələcəyi üçün məsuliyyət daşımaq bizim üçün çətin olacaq” – deyə, o bildirib.