İndoneziyadan inqilabi ADDIM: Palma yağından biodizel istehsalı MƏCBURİ OLDUbackend

İndoneziyadan inqilabi ADDIM: Palma yağından biodizel istehsalı MƏCBURİ OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndoneziya idxal edilən yanacağa alternativ tapıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

İndoneziya idxal olunan yanacaqdan asılılığı azaltmaq məqsədilə dünyada ilk dəfə palma yağından hazırlanan biodizeldən məcburi istifadəni tətbiq edib.

Ölkə lideri Prabovo Subianto bəyan edib ki, palma yağından alınan bu ekoloji təmiz biodizel adi dizel yanacağına 50 faiz həcmində qarışdırılacaq.

Energetika Nazirliyinin hesablamalarına görə, bu qərar artıq cari ildə daxili bazarda 3-4 milyon kilolitrlik dizel yanacağı artıqlığının yaranmasına səbəb olacaq.

Hökumət yaranan bu yanacaq qalığını emal edərək aviakerosin (aviasiya yanacağı) istehsalına yönəltməyi planlaşdırır.

Xuraman Etibarlı

İnterpress.az