İran amerikalı iş adamını casusluqda günahlandırıbbackend

İran amerikalı iş adamını casusluqda günahlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran məhkəməsi amerikalı iş adamı Emad Şərqini casusluq ittihamı ilə on il həbs cəzasına məhkum edib. Bu barədə “NBC News” məhkumun yaxınlarına istinadən xəbər verib.

Emad Şərqi İranda anadan olsa da, uşaq ikən ABŞ-a köçüb. Orada təhsil alıb və bu yaxınlaradək Abu Dabidəki aviasiya brokeri şirkəti ilə əməkdaşlıq edib. 2016-cı ildə iş adamı İrana qayıdıb.

İlk dəfə 2018-ci ilin aprelində casusluqda şübhəli bilinərək həbs olunub, lakin altı ay sonra girov müqabilində sərbəst buraxılıb. 2019-cu ilin dekabrında İran tərəfi Şərqinin hərəkətlərində qanun pozuntularına rast gəlinmədiyini təsdiqləsə də, onun ölkədən çıxışına mane olmaq üçün İran və Amerika pasportlarını geri qaytarmayıb.

Qeyd edək ki, Emad Şərqi İranda həbs olunan dördüncü Amerika vətəndaşıdır.

 

İnterpress.az