Astanada keçirilən ŞƏT sammitinə İran nümayəndə heyəti Rəisinin şəklini gətirib.
interpress.az xəbər verir ki, bu gün Qazaxıstanın sədrliyi ilə paytaxt Astananın Müstəqillik Sarayında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti işə başlayıb.
İran nümayəndə heyəti sammitə portretlə gəlib.
Onlar may ayında helikopter qəzasında həlak olan mərhum prezident İbrahim Rəisinin çərçivəyə salınmış şəkilini ŞƏT sammitinə gətiriblər.
Xuraman Etibarlı
İnterpress.az