İran təbii qaz boru kəmərindəki partlayışın təxribat olduğunu açıqlayıbbackend

İran təbii qaz boru kəmərindəki partlayışın təxribat olduğunu açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Çeharmahal-Bahtiari əyalətinin Borucen rayonunda səhər saatlarında təbii qaz paylayıcı xəttində baş verən partlayışın təxribat olduğu bildirilib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

İran Milli Qaz Şirkətinin Qaz Paylayıcı Meneceri Səid Akli dövlət televiziyasına açıqlama verib.

Partlayışın təxribat olduğunu bildirən Aklı deyib: “Bu terror təxribat aktı səhər saat 01:00 radələrində həyata keçirilib. Partlayışdan sonra Neft Naziri (Cevad Ovci), nazir müavinləri və müvafiq təhlükəsizlik qurumları təcili olaraq toplandı”.

Partlayış səbəbiylə ölkə daxilində qaz paylama şəbəkəsində qeyri-sabitliyin olmadığını vurğulayan Akli, yalnız İsfahan vilayətində xəttə yaxın olan bəzi kəndlərdə təzyiqin düşməsi və qazın kəsilməsinin yaşandığını, kəsilmənin aradan qaldırılması üçün işlərin davam etdiyini ifadə edib.

İran rəsmisi partlayış nəticəsində ölən və yaralananların olmadığı barədə məlumat paylaşıb.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Bildirilib ki, İranın Çeharmahal-Bahtiyar əyalətinin Borucen rayonunda təbii qaz magistral paylayıcı boru kəmərində səhər saatlarında şiddətli partlayış baş verib.