İranda tələbə aksiyaları genişlənirbackend

İranda tələbə aksiyaları genişlənir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-a daxil olan məlumata görə Yəzd Universitetinin öyrənciləri başqa Universitetlərin öyrənciləri ilə həmrəylik nümayiş etdirərək dərsləri dayandırdıqlarını bildiriblər.

Onlar yaydıqları bəyanatda öyrəncilərin həbs edilməsi, oğurlanması və Universitetdən qovulmalarını pisləyib, buna etiraz olaraq noyabrın 5-dən tətil aksiyasına başladıqlarını elan ediblər.

Qeyd edək ki, bu günə kimi hökumət qüvvələri tərəfindən həbs edilən yüzlərlə öyrəncinin 392 nəfərinin kimliyi müəyyənləşdirilib.

İnterpress.az