İrandan gətirilən xurma yararsız çıxdıbackend

İrandan gətirilən xurma yararsız çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

 

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən İnterpress.az-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Nəsirov İrşad Həbib oğlu tərəfindən İran İslam Respublikasından ölkəmizə idxal edilən qurudulmuş xurma məhsuluna baxış keçirilib. Baxış zamanı 8435,2 kiloqram “Atlas” əmtəə nişanlı qurudulmuş xurma məhsulunun istifadə müddətinin bitdiyi aşkarlanıb.

 

Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

 

 

İnterpress.az