İranın azərbaycanlı deputatından etirazçılara dəstək – xalqın səsini eşitmək lazımdırbackend

İranın azərbaycanlı deputatından etirazçılara dəstək – xalqın səsini eşitmək lazımdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın azərbaycanlı deputatı etirazçılara dəstək verib.

İnterpress.az-ın əldə etdiyi məlumata görə Təbriz, Üskü və Azərşəhr şəhərlərinin İran parlamentindəki az sayda Azərbaycanlı millət vəkili Məsud Pezeşkiyan ölkədə davam edən etiraz aksiyalara dəstək nümaiş etdirib.

“Problemlərin həlli, etirazların iğtişaşlara çevrilməsinin qarşısını almaq üçün xalqın səsini eşitmək, vətəndaşlara qarşı ədalətli və insaflı davranmaq lazımdır”,-deyə, Azərbaycanlı millət vəkili bildirib.
O, ölkənin yalnız bir qrupa aid olmadığını və başqalarına da inkişaf üçün şərait yaradılmasının vacibliyini deyib.