İranın dəstəklədiyi qruplar ABŞ-ın Suriyadakı bazasına raket zərbələri endiribbackend

İranın dəstəklədiyi qruplar ABŞ-ın Suriyadakı bazasına raket zərbələri endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyanın Deyr əz-Zor əyalətində İranın dəstəklədiyi qruplar ABŞ ordusunun yerləşdiyi bazaya raketlərlə hücum edib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Yerli mənbələrdən əldə edilən məlumata görə, günorta saatlarında Deyr əz-Zorda Fərat çayının qərb sahilində İranın dəstəklədiyi qruplar ABŞ qüvvələrinin yerləşdiyi Koniko Qaz Təsislərindəki bazaya raketlərlə hücum edib.

ABŞ qüvvələrinin hava hücumundan müdafiə sistemləri raketlərdən birini hədəfinə çatmamış havada məhv edib, biri isə baza ətrafındakı mülki yaşayış məntəqəsinə düşüb.

Raketin mülki yaşayış məntəqəsinə düşməsi nəticəsində insan tələfatı qeydə alınmayıb.

ABŞ hələlik hücumla bağlı açıqlama verməyib.

ABŞ ordusunun Hasəkə və Derrizordakı bazaları ilin əvvəlindən bəri tez-tez mənşəyi məlum olmayan raket və kamikadze İHA-larla hədəfə alınıb.

Fərat çayının şərqindəki Deyr əz-Zor əraziləri ABŞ-ın dəstəklədiyi terror təşkilatı PKK/YPG-nin işğalı altında, şəhər mərkəzi və digər kənd yerləri isə Bəşər Əsəd rejimi və İranın dəstəklədiyi qrupların nəzarətindədir.