“İranın təcavüzkarlığına müsəlman ölkələri susur” – Etirazbackend

“İranın təcavüzkarlığına müsəlman ölkələri susur” – Etiraz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çağdaş dünya İranın teokratik rejiminin insanlıq əleyhinə davranışını sərt tənqid etdiyi halda, müsəlman ölkələrinin biri də Tehranı tənqid etmir”.

Bu sözləri İranda dinc əhaliyə qarşı zorakılıq halları törədilməsinə münasibət bildirən politoloq Xəqani Cəfərli İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, rəsmi Tehranın şəriət qaydalarına etiraz edənlərə qarşı sərgilədiyi davranış hər kəs tərəfindən sərt tənqidə məruz qalmalıdır. Lakin reallıq tamamilə başqadır:

“İranda şəriət qaydalarına etiraz edənlərə qarşı teokratik rejimin tətbiq etdiyi zorakılıqlarda ən azı 23-ü azyaşlı olmaqla, yüzlərlə şəxs öldürülüb. Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının (OHCHR) yaydığı məlumatda ölümlərə yaxın məsafədən atılan atəş və işgəncələrin səbəb olduğu qeyd edilir. Human Rights Activists News Agency-in (HRANA) yaydığı məlumatda isə həlak olan 244 etirazçının 32-sinin azyaşlı olduğu qeyd olunur. Bütün İranı bürüyən etirazlar 1979-cu il inqilabından sonra teokratik rejimə qarşı ən cəsarətli etiraz hərəkatı hesab olunur. Çağdaş dünya İranın teokratik rejiminin insanlıq əleyhinə davranışını sərt tənqid etdiyi halda, müsəlman ölkələrinin biri də Tehranı tənqid etmir. Müsəlman ölkələrinin rəsmi qurumları ilə yanaşı elm, sənət adamları da susur”.