İranın yeni prezidentindən Kəlbəcərlə sərhəddə baş verənlərə REAKSİYAbackend

İranın yeni prezidentindən Kəlbəcərlə sərhəddə baş verənlərə REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İranın yeni prezidenti İbrahim Rəisi Azərbaycan-Ermənistan sərhədindəki gərginliyə toxunub.

 

İNTERPRESS.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o bu barədə andiçmə mərasimindən öncə, baş nazir Nikol Paşinyanı qəbul edən zaman açıqlama verib.

“Bölgədə sülhün qorunması İran üçün böyük önmə kəsb edir və bütün məsələləri danışıqlar yolu ilə həll etmək lazımdır”-deyə Rəisi Ermənistanın Basarkeçər və Azərbaycanın Kəlbəcər rayonunun sərhədində baş verənlərə toxunarkən bunu açıqalyıb.

 

Tərəflər Avrasiya İqtisadi Birliyi ilə İranın Mehri şəhərində yaratmağı planlaşdırdığı azad ticarət zonası barədə müzakirə aparıblar.

Rəisi Paşinyanın Ermənistana səfər etməsi barədə dəvətini qəbul edib.

 

Xatırladaq ki, Kəlbəcər rayonu istiqamətində Ermənistan tərəfinin törətdiyi təxribatçı addımlar insan itkisinə səbəb olub.