Ermənistanda zəlzələ BAŞ VERDİbackend

Ermənistanda zəlzələ BAŞ VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvanda 3 bal gücündə zəlzələ baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, yerli vaxtla saat 19:40-da paytaxtdan 16 km cənubda 2,7 bal gücündə zəlzələ qeydə alınıb.

Mənbə 10 km dərinlikdə yerləşib, yeraltı təkanın gücü 3-4 bal təşkil edib.

Zəlzələ İrəvanda 3-4 bal, Ararat bölgəsində də 2-4 bal gücündə hiss olunub.

Zəlzələdə dağıntı qeydə alınmayıb.

Xuraman Etibarlı

İnterpress.az