İŞİD Dağıstanda silahlı hücumlarda iştirak etdiyini etiraf edib.
interpress.az xəbər verir ki, bu barədə Müasir Əfqanıstanın Tədqiqi Mərkəzinin (CISA) eksperti Andrey Serenko yazır.
İŞİD-in ruporu olan “Əl-Naba” qəzeti iyunun 23-də Dağıstanda hücum və yanğın törədənlərin də olduğu təşkilat yaraqlılarının “onlar bizdəndir” yazısı ilə fotolardan ibarət kollaj dərc edib.
Əslində, İŞİD Dağıstandakı silahlı hücumlarda və yanğında iştirakını etiraf edir. Baxmayaraq ki, İŞİD-in başqa bir ruporu olan Amaq News-un əvvəlki infoqrafikasında qeyd olunurdu ki, 2024-cü ildə qrup Rusiya Federasiyasında, yəni martın 22-də Crocus City Hall-da cəmi 1 hücum həyata keçirib.
Xuraman Etibarlı
İnterpress.az