İsrail Qəzza zolağında HƏMAS-ın 24 batalyonunun hamısını məhv edib.
interpress.az xəbər verir ki, bunu Knessetdə (parlamentdə) çıxışı zamanı İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalant deyib.
O bildirib ki, İsrail ordusu HƏMAS silahlılarının ən azı 60%-ni öldürüb və ya yaralayıb.
Onun sözlərinə görə, artıq təşkilatın bütün 24 batalyonu və ya birləşmələrin böyük əksəriyyəti ləğv edilib.
Xuraman Etibarlı
İnterpress.az