İsrail tərəfindən öldürülən HƏMAS-ın hərbi liderləri Yəhya və Məhəmməd Sinvarın cəsədlərinin təhvil veriləcəyi gözlənilmir.
İnterpress.az xəbər verir ki, bu barədə CNN İsrail rəsmisinə istinadla məlumat yayıb.
İsrail tərəfindən öldürülən HƏMAS-ın hərbi liderləri Yəhya və Məhəmməd Sinvarın cəsədlərinin Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində təhvil verilməyəcəyi gözlənilir.
Əvvəllər HƏMAS razılaşma çərçivəsində onların cəsədlərinin verilməsini tələb etmişdi, lakin İsrail tərəfi bu tələbə artıq imtina etmişdi.
Xuraman Etibarlı
İnterpress.az