İsrail nümayəndə heyəti danışıqlar aparmaq üçün Qətərə GƏLDİbackend

İsrail nümayəndə heyəti danışıqlar aparmaq üçün Qətərə GƏLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail nümayəndə heyəti danışıqlar aparmaq üçün Qətərə gəlib.

interpress.az xəbər verir ki, bu barədə İsraildəki mənbəyə istinadən “Reuters” agentliyi məlumat yayıb.

İsrail Qəzza ilə bağlı danışıqlarda iştirak etmək üçün Mossad rəhbərini Qətərə göndərib.

İsrailin baş naziri Benyamin Netanyahu cümə axşamı ABŞ prezidenti Co Baydenə deyib ki, o, dayanmış danışıqları bərpa etmək üçün nümayəndə heyəti göndərmək qərarına gəlib.

Adının açıqlanmasını istəməyən mənbə bildirib ki, HƏMAS razılaşmanın şərtləri ilə bağlı yenidən işlənmiş təklif təqdim etdikdən sonra razılığa gəlmək üçün real şans var.

Xuraman Etibarlı

İnterpress.az