İsrail ordusu Qəzzada bir qrup silahlını ZƏRƏRSİZLƏŞDİRDİbackend

İsrail ordusu Qəzzada bir qrup silahlını ZƏRƏRSİZLƏŞDİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu Qəzzada bir qrup silahlını zərərsizləşdirib.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bu gün səhər, çərşənbə günü Qəzza şəhəri yaxınlığında fəaliyyət göstərən İsrail ordusunun “Qolani” briqadasının bölmələri ərazidəki qüvvələrə hücum etməyə çalışan bir neçə silahlını aşkarlayıb.

Ordunun məlumatına görə, quru qüvvələri Hərbi Hava Qüvvələrinin dəstəyi ilə terrorçuları məhv edib, digərlərinin axtarışı isə davam edir.

İsrail tərəfdən itki qeydə alınmayıb.

Xuraman Etibarlı

İnterpress.az