İsrail və Qazaxıstan XİN rəhbərləri Qəzza danışıqlarını MÜZAKİRƏ ETDİbackend

İsrail və Qazaxıstan XİN rəhbərləri Qəzza danışıqlarını MÜZAKİRƏ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail və Qazaxıstan XİN rəhbərləri Qəzza danışıqlarını müzakirə ediblər.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.

İsrailin xarici işlər naziri Gideon Saar və Qazaxıstanın xarici işlər naziri Kanat Koşerbayev telefon danışığı aparıblar.

Tərəflər beynəlxalq və ikitərəfli münasibətlərlə yanaşı, Qahirədə Qəzza zolağı ilə bağlı aparılan danışıqların gedişini də müzakirə ediblər.

Saar ABŞ prezidenti Trampın planının birinci mərhələsinin həyata keçirilməsində irəliləyiş olacağına ümid etdiyini bildirib və İsrailin girovların tezliklə evlərinə qaytarılmasına çalışdığını vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az