İordan çayının qərb sahilində İsrail vətəndaşlarına qarşı terror aktının qarşısı alınıb.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail polisi məlumat yayıb. Bildirilir ki, İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində İsrail vətəndaşlarına qarşı terror aktının qarşısını alıb.
Ötən gecə İsrail ordusu bir terrorçunun yaxın saatlarda İsrail vətəndaşlarına qarşı həyata keçirməyi planlaşdırdığı terror aktının qarşısını almaq üçün İordan çayının qərb sahilinin Qalkilya şəhərində Şin Bet Təhlükəsizlik Xidmətinin verdiyi dəqiq kəşfiyyat məlumatları əsasında hərəkətə keçib.
Onu yaxalamaq üçün qüvvələr gələndə terrorçu döyüşçülərə atəş açıb, onlar da cavab atəşi açıblar.
Nəticədə terrorçu məhv edilib, daha ikisi isə zərərsizləşdirilib.
Xuraman Etibarlı
İnterpress.az