İsrail hökuməti koronavirusun “omikron” ştamına yoluxmuş insanların geolokasiya məlumatlarının izlənməsinə izacə verib.
Müvafiq məlumat hökumətin mətbuat xidməti tərəfindən yayılıb.
Məlumata görə, yoluxanlar Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) tərəfindən izlənəcək.
“Omikron” daşıyıcısının yerinin cib telefonu vasitəsilə müəyyən edilməsi halları virusun yayılmasının dayandırılması və yoluxma zəncirinin qırılması məqsədilə həyata keçiriləcək”, – deyə məlumatda bildirilib.