İsrailin məxfi sənədlərini yayan Pentaqon əməkdaşının kimliyi MƏLUM OLDUbackend

İsrailin məxfi sənədlərini yayan Pentaqon əməkdaşının kimliyi MƏLUM OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də İsrailin İrana hücum hazırlığına dair məxfi sənədləri yayan Pentaqonun əməkdaşının kimliyi məlum olub.

İnterpress.az xəbər verir ki, bu barədə Pentaqonun nümayəndəsinə istinadən “Sky News Arabia” məlumat yayıb.

Bildirilir ki, İsrailin İrana hücuma hazırlığı ilə bağlı Pentaqonun məxfi sənədlərinin sızmasının mənbəyi ABŞ-nin müdafiə naziri LLoyd Ostinin ofisində yüksək rütbəli məmur olub.

Qeyd olunur ki, “şübhəli işçi müdafiə nazirinin xüsusi əməliyyatlar üzrə köməkçisinin ofisinin rəhbəridir və onun yüksək məxfi məlumatlara çıxışına icazəsi var”.

Xuraman Etibarlı

İnterpress.az