İstintaq Komitəsi “Krokus”da baş verən terror aktı ilə bağlı açıqlama yayıb.
İnterpress.az xəbər verir ki, bu barədə məlumat Rusiya İstintaq Komitəsinin saytında dərc olunub.
“Hazırda cinayət işi üzrə xüsusilə ağır cinayətin törədilməsində iştirak edən 11 nəfər müəyyən edilib.
Hamısına ittiham elan edilib və həbs qətimkan tədbiri seçilib.
İstintaq artıq terrorçuların cinayətə hazırlığının halları ilə bağlı mühüm məlumatlar əldə edib ki, bu da onların Ukrayna xüsusi xidmət orqanları ilə əlaqəsini göstərə bilər”, – İstintaq Komitəsinin açıqlamasında deyilir.
Xuraman Etibarlı
İnterpress.az