İstintaqın 10 illik axtarışı SONA ÇATDI: Silsilə zorakılıq törədən şəxs ƏLƏ KEÇDİ – VİDEObackend

İstintaqın 10 illik axtarışı SONA ÇATDI: Silsilə zorakılıq törədən şəxs ƏLƏ KEÇDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Permdə silsilə zorakılıq törədərək 10 il gizlənən şəxs yaxalanıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Perm şəhərində 10 il ərzində axtarışda olan silsilə zorakılıq cinayətləri törədən şəxs saxlanılıb.

Cinayətkarın izinə düşmək üçün aparılan çoxsaylı ekspertizalar nəticəsində onu yaxalamaq mümkün olub.

Məlum olub ki, saxlanılan şəxs xüsusi təhlükəli residivistdir və daha əvvəl iki dəfə qətl törətdiyinə görə məhkum olunub.

Hazırda onun törətdiyi üç zorakılıq epizodu rəsmən təsdiqlənib, lakin istintaq orqanları qurbanların sayının daha çox ola biləcəyini ehtimal edir.

Xuraman Etibarlı

İnterpress.az