İsveç FETÖ-çunu Türkiyəyə təhvil verməyə hazırlaşırbackend

İsveç FETÖ-çunu Türkiyəyə təhvil verməyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveç FETÖ-çu Bülent Keneşi Türkiyəyə təhvil verməyə hazırlaşır.

İnterpress.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, onun ekstradisiyası ilə bağlı qərar yaxın zamanda İsveç Prokurorluğu tərəfindən qəbul ediləcək.

Hökmün 2023-cü ilin əvvəlində çıxacağı gözlənilir.

Məlumata görə, “Today’s Zaman” qəzetinin keçmiş baş direktoru Bülent Keneş bir müddətdir İsveçdə yaşayır. Onun Türkiyəyə təhvil verilməsi ilə bağlı 4 oxşar cinayət işi qəbul edilməmişdi.

İsveç və Finlandiyanın NATO-ya üzv olmaq istəməsinin ardından Türkiyə hər iki ölkədəki terrorçu PPK və FETÖ üzvlərinn təhvil verilməsini tələb edib. Bununla bağlı üçtərəfli müqavilə imzalanıb.

Xatırladaq ki, ötən gün İsveçin Baş naziri Ulf Kristersson Türkiyədə səfərdə olub, Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.