İsveç terror təşkilatı tərəfdarlarına həbs cəzası nəzərdə tutan qanunu təsdiqləyibbackend

İsveç terror təşkilatı tərəfdarlarına həbs cəzası nəzərdə tutan qanunu təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveç parlamentində keçirilən səsvermədə terror təşkilatının fəaliyyətini təşviq edən, gücləndirən və ya dəstəkləyən şəxslərə ən çox 4 il həbs cəzası nəzərdə tutan qanun layihəsi 34 əleyhinə 268 səslə qəbul edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

İsveç terror təşkilatı tərəfdarlarına həbs cəzası nəzərdə tutan qanunu təsdiqləyib
Türkiyənin İsveçdən NATO-ya üzvlük üçün daha sərt anti-terror tədbirləri görmək tələbinə uyğun olaraq, İsveç parlamenti terrorizmlə mübarizə haqqında yeni cinayət məcəlləsi layihəsini təsdiqləyib.

Səsvermədə terror təşkilatının fəaliyyətini təşviq edən, gücləndirən və ya dəstəkləyən şəxslərə maksimum 4 il həbs cəzası nəzərdə tutan qanun layihəsi 34-ün əleyhinə 268 səslə qəbul edilib, 47 deputat səsverməyə qatılmayıb.

İyunun 1-dən qüvvəyə minəcək qanun, vəziyyəti ağırlaşdıran hallarda minimum 2, maksimum 8 il həbs cəzası verəcək, terror təşkilatlarını maliyyələşdirən və ya dəstəkləyən şəxslərin tutulması və mühakimə olunması üçün səlahiyyətlilərin səlahiyyətlərini genişləndirəcək.