Ev heyvanını – iti öpən 16 yaşlı rusiyalı qızın beynindən tutma və iflic yaradan parazitlər çıxarılıb.
interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Surqutdan olan həkimlər orqanizmi exinokok sürfələri ilə yoluxmuş qızı əməliyyat ediblər. Onlar qan dövranı ilə birlikdə başın içinə giriblər və orada çoxlu kapsullara yerləşiblər.
Ən böyük formasiyalar kəllə sümüyünün parietal hissəsində aşkar edilib. Onlar çıxarılıb, amma hamısı deyil. İnfeksiya ətrafdakı strukturlara təzyiq göstərib, bu da qızda qıcolmalar və əzaların ikitərəfli parezi ilə üzləşib.
Açıq əməliyyat aparılıb. Qalan şişlər qızı narahat etmir.
Xuraman Etibarlı
İnterpress.az