“Narkotiklə məşğul olan qadınlarımızın sayında çox ciddi artım var”backend

“Narkotiklə məşğul olan qadınlarımızın sayında çox ciddi artım var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu yeni məsələ deyil, uzun zamandır bu var. Sadəcə olaraq bu gözə girmirdi, amma son zamanlar narkotiklə məşğul olan qadınlarımızın sayında çox ciddi şəkildə artım var”

İNTERPRESS.az MODERATOR.az – a istinadən xəbər verir ki, bu barədə açıqlamasında Azəri Türk Qadınları Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib. Qurum sədri narkotiklə məşğul olan qadınlarımızın sayında ciddi artım olduğunu və bundan təəssüfləndiyini bildirib:

“Bunu ürəkağrısıyla qeyd edirəm. Ümumiyyətlə, narkotika gənclər arasında çox ciddi şəkildə yayılıb və bununla məşğul olan adamları sadəcə həbs etməklə məsələ bitmir. Onlar arasında maarifləndirmə aparılmalıdır. Bu istiqamətdə sistemli şəkildə ciddi tədbirlər görmək lazımdır. Yəni biz qadın cəmiyyətinin sədri kimi bir çox gənc qızlarımız arasında iş aparmağa çalışırıq. Bir çox qurumlar var ki, bu işlə məşğuldur, amma yetərincə deyil. Düşünürəm ki, dövlətimiz bu məsələyə çox ciddi yanaşmalıdır və ciddi tədbirlər görülməlidir. Gənclər bizim genefondumuzdur, bunlar gözümüzün qabağına məhv olub gedirlər. Xüsusilə o gənc qızlarımız gələcəyin analarıdır. Təsəvvür edirsiniz ki, bu baxımlılıq halını alsa, o ana necə uşaq dünyaya gətirə bilər? Çox təəssüf edirəm”.

Qeyd edək ki, son zamanlar Daxili İşlər Nazirliyi tərəfindən aparılan əməliyyatlar zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlar arasında qadınların da olduğu aşkar edilir.